QR CodeQR Code

Həsən Ruhani: İran uranı 90% zənginləşdirməyə hazırdır!

إسلام تايمز , 15 Jul 2021 08:48

İslamTimes: İran İslam Respublikasının prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin ötəngünki iclasından sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.


İran prezidenti Vyanada baş tutan danışıqlarda HBFP sazişinin bərpa olunması şansının vəzifəsinin bitməsinə sayılı günlər qalan hazırkı prezident və dövlət üçün bitdiyini bildirib. Ruhani növbəti dövlətin bu danışıqları nəticəyə çatdıra biləcəyini qeyd edib.

İran prezidenti həmçinin əlavə edib ki, İranın nüvə sənayəsi hər ötən gün daha da inkişaf edir və İranın Atom Enerjisi Agentliyi artıq uranı 90%-dək zənginləşdirmək imkanına malikdir.

Qeyd edək ki, 2015-ci ildə 5+1 ilə İran arasında imzalanmış HBFP sazişində rəsmi Tehranın uranı 3,67%-dək zənginləşdirmə hüququna malik olduğu qeyd edilmişdi. Lakin İran bütün öhdəliklərinə əməl etdiyi halda, ABŞ beynəlxalq qanunları, özünün imzaladığı sənədi ayaq altına alaraq, sazişi tərk etdi və İrana daha ağır sanksiyalar tətbiq etdi.
 


Story Code: 943497

News Link :
https://www.islamtimes.org/az/news/943497/həsən-ruhani-iran-uranı-90-zənginləşdirməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org