0
Thursday 15 July 2021 - 09:57

ABŞ yəhudilərinin 25%: “İsrail aparteid rejimidir”

Story Code : 943519
ABŞ yəhudilərinin 25%: “İsrail aparteid rejimidir”
Deyerler.org xəbər verir ki, sionist rejimin açıq və gizli hərəkatları Ağ Evdəki və ABŞ Konqresindəki təsirlərini gücləndirməyə davam edərkən, ABŞ yəhudilərinin sionist rejimə baxışları ilə bağlı bir sorğunun nəticələrinin yayımlanması manşet olub.

“Jewish News Syndicate” şəbəkəsi tərəfindən bu gün (14 iyul) yayımlanan hesabata görə, son sorğunun nəticələri amerikalı yəhudilərin dörddə birinin İsrail rejiminin bir aparteid rejimi olduğuna inandığını göstərir.

Yəhudi Seçicilər Vəqfi tərəfindən 28 iyun - 1 iyul tarixləri arasında aparılan sorğuda amerikalı yəhudilərdən “İsrail aparteid rejimidir?” sualı soruşulub.

Amerikalı yəhudilərin 25% bu suala cavab olaraq, İsrail rejiminin bir aparteid rejimi olduğuna inandıqlarını söyləyiblər.

Amerika yəhudilərinin 52% İsrail rejiminin aparteid adlandırılmasının antisemitizm olub olmadığı mövzusunda fikir ayrılığındadır və 28% bunun antisemitizm olduğunu, 24% İsrail rejimini aparteid adlandırmanın antisemitizm olmadığını söyləyiblər.

Sorğunun ən maraqlı məqamlarından biri, sionist rejimin fələstinlilərlə münasibətini ABŞ-dakı irqçiliklə müqayisə etmək olub.

Amerikalı yəhudilərin 34% bu ifadənin doğru olduğunu düşündüklərini söyləyərək, belə deyiblər: “İsrail rejiminin fələstinlilərlə rəftarı ABŞ-da irqçiliyə bənzəyir”.

Sorğuda iştirak edən ABŞ yəhudilərinin 22% İsrail rejiminin fələstinlilərə qarşı soyqırım etdiyini düşündüklərini söyləyib. Sorğuya görə, ABŞ yəhudilərinin 20% Təl-Əvivin fələstinlilərə qarşı soyqırım etdiyinə inanmır.

Sorğuda iştirak edən ABŞ yəhudilərinin 9% “İsrail rejiminin var olma haqqı yoxdur” dedi, lakin 67% bu ifadəyə “antisemitizm” deyərək etiraz edib. /Deyerler/