QR CodeQR Code

Fransada aksiya: polis zorakı üsullara əl atdı

15 Jul 2021 09:03

İslamTimes: Fransanın paytaxtı Parisdə yüzlərlə insan koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər əleyhinə kütləvi etirazlara qalxıb.


Axar.az xəbər verir ki, bu barədə “Le Fiqaro” məlumat yayıb.

Etirazçılar polislərin ciddi müqaviməti ilə üzləşib. Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Yayılan videogörüntülərdə insanların polisin zorakılığından qorunmaq üçün mağaza və restoranlarda gizləndiyi görünür.

Toqquşmalar zamanı xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, Fransada 14 iyulda Milli bayram – Bastiliyanın alınması günü qeyd olunur.

Bir sıra şəhər və prospektlərdə parad və nümayişlər keçirilib. Lakin sonradan bəlli olub ki, hökumət pandemiya ilə bağlı məhdudiyyətləri pozanları böyük məbləğdə cərimə edə, hətta azadlıqdan məhrumetmə ilə də cəzalandıra bilər.


Story Code: 943522

News Link :
https://www.islamtimes.org/az/news/943522/fransada-aksiya-polis-zorakı-üsullara-əl-atdı

Islam Times
  https://www.islamtimes.org