QR CodeQR Code

İsrail İordan çayının Qərbində 41 tələbəni həbs edib

15 Jul 2021 11:16

İslamTimes: İsrail işğal edilmiş İordan çayının Qərb sahilində yerləşən Birzeit universitetinin 41 tələbəsini HƏMAS-la əlbir olmaqda ittihamlandıraraq həbs edib.


SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bu barədə İsrail Ordusu bəyanat verib.

İsrail Ordusu bildirib ki, “hərbi və kəşfiyyat məlumatlarının əldə edilməsindən sonra Termus-Aya kəndi ərazisində HƏMAS-la əlbir olan və təxribat aparan tələbələr saxlanılıblar.”

Fələstin mənbələrinin məlumatına görə bir qrup tələbə evi İsrail tərəfindən dağıdılmış sakinlə həmrəylik nümayiş etdirərkən və aksiya keçirərkən saxlanılıblar.

Saxlanılan və həbs edilən fələstinli tələbələrin sayı 41 nəfərdir.

Qeyd edək ki, İordan çayının Qərb sahili 1967-ci ildə tam şəkildə İsrail tərəfindən işğal edilib. BMT qərarları İsrail qüvvələrini bu bölgəni tərk etməyə çağırır. Oslo anlaşmasından sonra İsrail bu ərazilərin cüzi bir hissəsini Fələstin Muxtariyyətinə qaytarmalı olub.


Story Code: 943527

News Link :
https://www.islamtimes.org/az/news/943527/israil-iordan-çayının-qərbində-41-tələbəni-həbs-edib

Islam Times
  https://www.islamtimes.org