0
Thursday 15 July 2021 - 12:24

Sionist rejim Mahmud Abbasa canişin təyin etmək ardıncadır

Story Code : 943534
Sionist rejim Mahmud Abbasa canişin təyin etmək ardıncadır
İşğalçı İsrail rejimi və Amerika Fələstin Muxtar Respublikası rəhbərliyini çətin iqtisadi vəziyyətdən, böhrandan qurtarmaq niyyətindədir. Onlar bu yardım sayəsində sionist rejimin maraqlarına xidmət edəcək növbəti şəxsi hazırkı prezident Mahmud Abbasa canişin olaraq təyin etmək istəyirlər. Bu yolla HƏMAS Müqavimət Hərəkatının İordan çayının qərb sahilində nüfuzunun artmasına da mane olmağa çalışılır.

Fələstin Muxtar Respublikası rəhbərliyinin son dönəmlərdə həm iqtisadi baxımdan həm də siyasi arenada biabırçı fəaliyyəti fələstinlilərin bu hakimiyyətə inamının sıfıra enməsinə səbəb olub. İşğalçı İsrail rejiminin Qəzzaya son hücumları zamanı Müqavimət Hərəkatının "Dəmir Qübbə" sistemi ilə qorunan Tel-Əvivi belə raketlərlə hədəf ala bilməsi isə HƏMAS-ın nüfuzunun daha da artması ilə nəticələnib. Bu səbəbdən Vaşinqton və Tel-Əviv Muxtar Respublika rəhbərliyinə yeni ruh bəxş etmək ardıncadır.