0
Thursday 25 August 2011 - 11:01

Bəhreyn ordusu etirazçılara hücum edib

Story Code : 94372
Bəhreyn
Bəhreyn
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə əsasən, ötən gün gecə saatlarında Ali-Xəlifə rejiminin süqutunu tələb edən etirazçılara hücum olub. Bəhreyn və Səudiyyə Ərəbistanı qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Dövlət tərəfindən amansız işgəncələrə məruz qalan bəhreynli müxaliflər son aksiyada təhlükəsizlik qüvvələrindən gizli qalmaq üçün üzləri örtülü şəkildə küçələrə axışıblar.

Bəhreyndə etiraz aksiyaları başlayan gündən çox sayda insanlar Bəhreyn dövlət qüvvələri tərəfindən qətlə yetirilib, bir çox etirazçılar ağır şəkildə yaralanıb. Yüzlərlə etirazçı nümayişlərin amansızlıqla yatırıldığından sonra həbs edilərək, naməlum istiqamətdə aparılıb. “Amnesty İnternational” təşkilatı və İnsan haqqları təşkilatının nəzarətçiləri də Bəhreyn vətəndaşları, həkimlər, vəkillər, KİV işçilərinin dövlət qüvvələri tərəfindən vəhşicəsinə susdurulmasını kəskin tənqid edir.
Comment