0
Saturday 17 July 2021 - 02:42

ABŞ və Türkiyə prezidentlərinin müşavirləri regional məsələləri müzakirə ediblər

Story Code : 943829
ABŞ və Türkiyə prezidentlərinin müşavirləri regional məsələləri müzakirə ediblər
Söhbət zamanı iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində iki ölkə rəhbəri arasında keçirilmiş görüşün inkişaf etdirilməsi yolları müzakirə olunub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Emili Horn açıqlama verib.

Onun sözlərinə görə, C.Sallivan və İ.Kalın “Prezident Co Bayden və Prezident Rəcəb Tayyib Ərdoğan arasında 14 iyunda baş tutan görüşün inkişafına dair bir sıra regional məsələləri müzakirə ediblər”. Horn iki dövlət başçısının müşavirləri arasındakı söhbətə dair digər təfərrüatlardan söz açmayıb.