0
Saturday 17 July 2021 - 10:32

"Yunis Səfərov qrupunun" "məhkəməsi keçirilib

Story Code : 943874
"Yunis Səfərov qrupunun" "məhkəməsi keçirilib
Çıxış edən vəkillər və hadisələr zamanı DTX əməkdaşları tərəfindən qətlə yetirilən Anar Bağırovun bacısı və hüquqi varisi Aynur Bağırova bu işin istisnasız olaraq Yunis Səfərovun özünün də təsdiq etdiyi kimi onun Elmar Vəliyevə güllə atmasından (güllənin ona dəyməsi, ya Vəliyevin yıxılaraq başının pilləkənə dəyməsi şübhə doğurur) ibarət olmasını bir daha vurğuladılar, Yunıis Səfərovun vəkili Bəxtiyar Hacıyev istisna olmaqla çıxış edən bütün vəkillər müvəkillərinin bu işlə heç bir əlaqəsi olmadığını göstərib təqsirləndirilən şəxslər üçün bəraət istədilər.
Ümumiyyətlə bu işin monitorinqini aparan hüquq müdafiəçilərinin, o cümlədən Müdafiə Xətti - Defense Line adından prosesdə iştirak edən mənim ümumi fikrimizcə təqsirləndirilən şəxslərin (qətlə yetirilənlər də daxil) bu işlə hansısa əlaqəsi olması məhkəmədə dolayısı ilə də olsa sübuta yetirilməyib. Müttəhimlər kürsüsündə oturan şəxslər Yunis Səfərovla ya dostluq, ya biznes tərəfdaşlığı, ya tanışlıq əlaqəsində olublar, bəzisi hətta Səfərovdan qabaq o kirayədə qaldığı mənzildə kirayənişin olublar.
İradlardan biri də Elmar Vəliyevin ona məxsus Hacıkənd bazarında, Gəncənin Mixaylovka adlanan ərazisində gəzib-dolandığı halda anlaqsız olduğu bəhanəsi ilə məhkəməyə ifadə verməkdən yayınmasına oldu.
"Məhkəmə" 29 iyul saat 16:00-da müdafiəçilərin çıxışı ilə davam edəcək.
Comment