QR CodeQR Code

Kuba prezidenti: ABŞ Kubanı məhv etmək cəhdlərində uğursuz oldu

17 Jul 2021 11:03

İslamTimes: Kuba prezidenti Migel Diaz-Kanel ölkəsindəki son kütləvi etirazlar fonunda bildirib ki, ABŞ Kubanı məhv edə bilməyəcək.
SalamNews bu barədə "İnterfaks"a istinadən xəbər verir.


"ABŞ xərclənən milyardlarla dollara baxmayaraq, Kubanı məhv etmək cəhdlərində uğursuz oldu", Diaz-Kanel bildirib.

Keçən həftə sonu Havanada və Kubanın bir sıra böyük şəhərlərində COVID-19 pandemiyası ilə bağlı çətinləşən yaşayış şərtlərinə, yoxsulluğa və dərman çatışmazlığına qarşı etiraz aksiyaları təşkil edilib. Aksiyakar ölkənin təqribən 50 şəhəri və qəsəbəsində keçirilib.

Etirazlar zamanı siyasi şüarlar da səsləndirilib.


Story Code: 943879

News Link :
https://www.islamtimes.org/az/news/943879/kuba-prezidenti-abş-kubanı-məhv-etmək-cəhdlərində-uğursuz-oldu

Islam Times
  https://www.islamtimes.org