QR CodeQR Code

Co Bayden “Facebook”un koronavirus haqqında dezinformasiya yayaraq insanları öldürdüyünü söyləyib

17 Jul 2021 20:35

İslamTimes: ABŞ prezidenti Co Bayden “Facebook” kimi sosial media-platformalarının koronavirusa qarşı hazırlanan peyvəndlər haqqında dezinformasiyaları yerləşdirərək insanları öldürdüyünü bildirib.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbətində bəyan edib.

“Qulaq asın, indi pandemiya ancaq peyvənd olunmayanlar arasında dolaşır. Bu da, ona inanmayan insanları öldürür”,-deyə prezident bildirib.

Məlum olduğu kimi COVİD-19 və ona qarşı hazırlanan preparatlarla bağlı dezinformasiyalar ən çox sosial şəbəkələrin sevimli mövzusudur.

“Facebook” şirkəti bununla bağlı ona qarşı ünvanlanan ittihamları qətiyyətlə rədd edib. “Biz faktlara söykənməyən ittihamlara cavab vermirik. 2 milyarddan çox insan həm koronavirus, həm də peyvəndlər haqqında məlumatı bizdən alıb. Bu internetdə ən yuxarı göstəricidir. 3,3 milyondan çox amerikalı peyvəndləri axtarıb tapmaq yolunu bizdən öyrənib”,-deyə şirkətin təmsilçisi Kevin Makalister söyləyib.

“Twitter” və “YouTube” ölkə prezidentinin bəyanına hər hansı reaksiya verməyib.

 


Story Code: 943948

News Link :
https://www.islamtimes.org/az/news/943948/co-bayden-facebook-un-koronavirus-haqqında-dezinformasiya-yayaraq-insanları-öldürdüyünü-söyləyib

Islam Times
  https://www.islamtimes.org