QR CodeQR Code

Almaniyada daşqın nəticəsində ölənlərin sayı 155 nəfərə yüksəlib

18 Jul 2021 08:32

İslamTimes: Almaniyanın qərbində daşqınlar nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb.


APA xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

***

17 iyul, saat 21:50

Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 141-ə yüksəlib.

APA “Bild” nəşrinə istinadən xəbər verir ki, yalnız Reynland-Pfalz əyalətinin Arveiler bölgəsində 98 nəfər ölüb, 670 nəfər yaralanıb.

Daha əvvəl Şimali Reyn-Vestfaliyada azı 43 ölüm qeydə alınıb.

Təbii fəlakət körpülərin və yolların dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub.

Ölkənin sözügedən ərazisində fövqəladə vəziyyət elan edilib.

850 hərbçi fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunubb

Almaniya kansleri Angela Merkelin bazar günü fəlakət bölgəsini ziyarət edəcəyi bildirilir.

Qeyd edək ki, daşqınlar Almaniya ilə yanaşı, Belçika və Hollandiyada da fəsadlar törədib


Story Code: 944031

News Link :
https://www.islamtimes.org/az/news/944031/almaniyada-daşqın-nəticəsində-ölənlərin-sayı-155-nəfərə-yüksəlib

Islam Times
  https://www.islamtimes.org