QR CodeQR Code

ABŞ Rusiya və Çinə qarşı HƏRƏKƏTƏ KEÇİR

18 Jul 2021 13:20

İslamTimes: ABŞ Böyük Britaniyada kəşfiyyat bazası qurmaq niyyətindədir.


Publika.az xəbər verir ki, rus mediasının yaydığı məlumatda vurğulanıb ki, yeni qurulacaq baza Rusiya və Çinə nəzarət, eyni zamanda hər iki ölkənin peyklərini sıradan çıxarmaq məqsədi daşıyır.

ABŞ kosmik qüvvələrinin bir neçə səlahiyyətlisi Şotlandiya və ya İngiltərənin cənubunda, Texas və Avstraliya da daxil olmaqla, dünyada üç radar bazasının inşasının planlaşdırıldığını söyləyiblər.

Amerikalı polkovnik-leytenant Cek Volker bildirib ki, bu sistemlər geostasionar orbitdə təhlükə yarada biləcək hədəflərin davamlı izlənməsini təmin etmək məqsədilə qurulur. İlk obyektin 2025-ci ilə qədər istismara verilməsi planlaşdırılır.


Story Code: 944053

News Link :
https://www.islamtimes.org/az/news/944053/abş-rusiya-və-çinə-qarşı-hərəkətə-keçir

Islam Times
  https://www.islamtimes.org