QR CodeQR Code

Delta ştammı daha çox arıq və az çəkili adamları tutur - Həkimdən açıqlama

19 Jul 2021 10:18

İslamTimes: Pandemiyanın birinci dalğasında koronavirusun daha çox artıq çəkili və piylənməsi olan insanlar üçün təhlükəli olduğu deyilirdi və daha çox kök insanlar xəstəlikdən ağırlaşırdı.


Modern.az xəbər verir ki, Rusiyada Covid hospitalının həkimi Sergey Çarenko koronavirusun davranışının çox dəyişdiyini bildirib.

Bu vaxta kimi hesab edilirdi ki, koronavirusu yaşlı, xəstə, kök insanlar ağır keçirir.

Lakin indi arıq və kifayət qədər az çəkili insanlar kovidə yoluxub və ağırlaşma da ola bilər.

Həkim reanimatoloq bildirib ki, Delta cavan, sağlam, arıq adamları tutmağa başlayıb.

"İndi bizim reanimasiyada 3 nəfər 38 yaşa kimi cavan, gənc, normal çəkili pasiyent süni tənəffüs aparatına qoşulub. Baxırıq, təəccüb edirik. Qeyd edim ki, indi hec İVL aparatı da koronavirusla bacarmır. Texnikalar acizdir". /Medicina.az/


Story Code: 944178

News Link :
https://www.islamtimes.org/az/news/944178/delta-ştammı-daha-çox-arıq-və-az-çəkili-adamları-tutur-həkimdən-açıqlama

Islam Times
  https://www.islamtimes.org