0
Monday 19 July 2021 - 19:26

Baydenə məğlub olan Tramp özünü rəqibsiz görür

Story Code : 944263
Baydenə məğlub olan Tramp özünü rəqibsiz görür
ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Washington Post" jurnalistlərinə müsahibəsində bildirib ki, seçkilərdə birinci və on altıncı ABŞ prezidentləri olmuş Corc Vaşinqton və Abraham Linkolnu da məğlub edə biləcəyinə inanır.

"Guardian" qəzetinin yazdığına görə Washington Post müxbirləri Filip Roker və Larol Livinq, Tramp haqqında yazdıqları "Təkbaşına həll edəcəyəm"  kitabında Trampın açıqlamalarını dərc ediblər.

İki jurnalistin açıqlamasına görə, Tramp onlara deyib: "Düşünürəm ki, Corc Vaşinqtonun dirilib Abraham Linkolnu müavini seçməsi çətin məsələdir. Amma belə etsəydi belə məni məğlub etmələri olduqca çətin olardı."