QR CodeQR Code

İran Baydenin Tehrana məktub göndərməsi iddiasına cavab verdi

20 Jul 2021 20:41

İslamTimes: İran Hökumətinin sözçüsü Əli Rəbii bu gün keçirdiyi mətbuat konfransında gündəmdəki mövzularla əlaqədar açıqlama verib.


Vyana nüvə sazişi danışıqları haqqında Rəbii "Nüvə müzakirələri yeni hökumət tam qurulana qədər təxirə salındı ​​və bundan yeni danışıqlar qrupu cavabdeh olacaq", - deyib.
Gündəmdə olan ABŞ ilə məhbus mübadiləsi məsələsinə gəlincə Rəbii "Təəssüf ki, əldə edilən razılaşmanın əksinə olaraq, məhkumların sərbəst buraxılmasının ABŞ hökuməti tərəfindən anlaşılmaz və qəbuledilməz səbəblərdən nüvə danışıqları ilə əlaqələndirildiyi görünür.
Fikrimizcə, bu lazımsız və əsassızdır", - deyə ifadə edib. ABŞ Prezidenti Co Baydenin İrana məktub göndərməsi iddialarına cavab olaraq Rəbii bunun spekulyativ xəbər olduğunu bildirib. /Eastnews/


Story Code: 944390

News Link :
https://www.islamtimes.org/az/news/944390/iran-baydenin-tehrana-məktub-göndərməsi-iddiasına-cavab-verdi

Islam Times
  https://www.islamtimes.org