0
Tuesday 20 July 2021 - 22:39

Fələstin Müqavimətindən Tel-Əvivə son xəbərdarlıq!

Story Code : 944419
Fələstin Müqavimətindən Tel-Əvivə son xəbərdarlıq!
Qətərdən göndərilən yardımların Qəzza zolağındakı yoxsul ailələrə çatdırılması ilə bağlı səylərin nəticəsiz qalmasından və Fələstin Muxtariyyətinin sosial yardımın ödənilməsini gecikdirməsindən sonra, bu il Qurban Bayramı mühasirədə olan Qəzza zolağında fələstinlilər üçün sıxıntılı iqtisadi böhran şəraitində keçəcək.

Livanın "Əl-Əxbar" qəzetində bu gün Rəcəb əl-Mahdunun yazdığı bir məqalədə bu məsələyə toxunulub və vasitəçilərin əli ilə Fələstin Müqavimətinin sərt mesajının Sionist rejimə çatdırılıdığı qeyd edilib.

Fələstin Muxtariyyatında olan şəxslərin sionist rejim rəhbərliyi ilə rabitəsinə toxunulan bu mesajda işğalçı İsrail rejiminə xəbərdarlıq edilir ki, xüsusi ilə Qüds şəhəri və Qəzza ilə bağlı məsələlərdə Müqavimət Hərəkatının qırmızı xətlərinə ehtiramla yanaşılsın!