0
Tuesday 20 July 2021 - 23:04

Nensi Pelosinin köməkçisi vaksin vurulmasına baxmayaraq koronaya yoluxdu

Story Code : 944420
Nensi Pelosinin köməkçisi vaksin vurulmasına baxmayaraq koronaya yoluxdu
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin köməkçisi və Ağ Ev rəsmilərindən birinin koronavirus testi müsbət çıxıb. Bu şəxslərin hər ikisi ötən həftə bir çox siyasətçinin qatıldığı iclasa iştirak edib.

Axius nəşri yazıb ki, siyasətçilərin ikisinə də vaksin vurulub və onlarda yüngül simptomlar müşahidə edilib. Amma daha sonra hər iki siyasətçi koronavirusa yoluxub. Bu isə vaksin vurulan şəxslərin belə hələ də virusa yoluxma ehtimalının olduğunu və onların virusu özləri belə bilmədən başqalarına ötürə biləcəyi dəhşətini üzə çıxarıb.