QR CodeQR Code

Moskva: Suriyanın RƏM sistemi 7 İsrail raketini havada məhv etdi

إسلام تايمز , 20 Jul 2021 23:30

İslamTimes: Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu gün Suriyanın hava hücumundan müdafiə sisteminin işğalçı İsrail qırıcılarının təşkil etdiyi hücum zamanı atdığı 7 raketi təsbit edərək məhv edib.


"RussiaToday" verdiyi xəbərə görə, Suriyadakı Rus Sülh Mərkəzinin sədr müavini Vadim Kolit açıqlamasında bunları deyib: "Bazar ertəsi, saat 23:16-dan 23:59-dək dörd İsrail F-16 döyüş təyyarəsi Suriyanın hava məkanına soxulub və ABŞ-ın nəzarətindəki Əl-Tanf bölgəsi üzərindən keçib."

O əlavə edib: "İsrail qırıcıları Hələbin cənub-şərqinə səkkiz raket atıb və Suriyanın raket əleyhinə müdafiə sistemi Rusiya istehsalı olan Panster S və Buk M2 sistemləri ilə yeddi raketi havada məhv edib."

Qeyd edək ki, raketlərdən biri araşdırma mərkəzi olan əraziyə düşüb.


Story Code: 944422

News Link :
https://www.islamtimes.org/az/news/944422/moskva-suriyanın-rəm-sistemi-7-israil-raketini-havada-məhv-etdi

Islam Times
  https://www.islamtimes.org