0
Wednesday 21 July 2021 - 09:50

"Təzəpir" məscidində bayram namazı qılınıb

Story Code : 944461
"Təzəpir" məscidində bayram namazı qılınıb
"Report"un xəbərinə görə, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib.

Namazda İranın ali lideri ayətullah Seyid Əli Xaməneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejat və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.