QR CodeQR Code

Tokio-2020: Olimpiya kəndində daha 2 idmançı koronavirusa yoluxub

22 Jul 2021 10:25

İslamTimes: Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 12 koronavirusa yoluxma aşkarlanıb.


Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.

Yoluxanlardan ikisi Olimpiya kəndində məskunlaşan xarici idmançılardır. 6 nəfər yaponiyalı, 4 nəfər xarici əməkdaş da infeksiyaya yoluxub. Onlardan da ikisi Olimpiya kəndində qalan şəxslərdir.

Qeyd edək ki, açılışı sabah olacaq Olimpiya Oyunlarında bir gün öncə 2 atletin də koronavirus testi müsbət çıxıb.


Story Code: 944581

News Link :
https://www.islamtimes.org/az/news/944581/tokio-2020-olimpiya-kəndində-daha-2-idmançı-koronavirusa-yoluxub

Islam Times
  https://www.islamtimes.org