0
Thursday 22 July 2021 - 10:13

Fransadan kritik qərar: Xarici liderlərin və qohumlarının...

Story Code : 944585
Fransadan kritik qərar: Xarici liderlərin və qohumlarının...
Teleqraf.com xəbər verir ki, Fransa parlamenti xarici liderlərin ələ keçirilən gəlirlərinin qaytarılması üçün mexanizm yaradan “Fransa inkişaf yardım islahatı” layihəsini qəbul edib.

Qanunsuz gəlirlər xarici liderlər və yaxınları tərəfindən şəxsi məqsədlər üçün mənimsənilmiş lüks daşınmaz əmlak, avtomobillər, saatlar və bank hesablarından ibarətdir.

Fransa Ali Məhkəməsi iyulun 28-də Ekvatorial Qvineyanın vitse-prezidenti Teodorin Obianqın həbsini və Fransadakı əmlakının müsadirə olunmasına dair hökmünü qüvvədə saxlasa, bu mexanizm konkret olaraq ilk dəfə həyata keçiriləcək.