QR CodeQR Code

Fransadan kritik qərar: Xarici liderlərin və qohumlarının...

22 Jul 2021 10:13

İslamTimes: Fransa xarici liderlərin və qohumlarının “qanunsuz gəlir” adlandırılan əmlaklarını mənsub olduqları ölkələrə qaytaracaq.


Teleqraf.com xəbər verir ki, Fransa parlamenti xarici liderlərin ələ keçirilən gəlirlərinin qaytarılması üçün mexanizm yaradan “Fransa inkişaf yardım islahatı” layihəsini qəbul edib.

Qanunsuz gəlirlər xarici liderlər və yaxınları tərəfindən şəxsi məqsədlər üçün mənimsənilmiş lüks daşınmaz əmlak, avtomobillər, saatlar və bank hesablarından ibarətdir.

Fransa Ali Məhkəməsi iyulun 28-də Ekvatorial Qvineyanın vitse-prezidenti Teodorin Obianqın həbsini və Fransadakı əmlakının müsadirə olunmasına dair hökmünü qüvvədə saxlasa, bu mexanizm konkret olaraq ilk dəfə həyata keçiriləcək.


Story Code: 944585

News Link :
https://www.islamtimes.org/az/news/944585/fransadan-kritik-qərar-xarici-liderlərin-və-qohumlarının

Islam Times
  https://www.islamtimes.org