QR CodeQR Code

ABŞ yenə Türkiyəni sanksiyalarla hədələdi

22 Jul 2021 08:38

İslamTimes: ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland Ankaranın Rusiyadan böyük silah sistemləri və hərbi texnika almağa davam edəcəyi təqdirdə ABŞ-ın Türkiyəyə əlavə birtərəfli sanksiyalar tətbiq edəcəyini söyləyib.


Axar.az xəbər verir ki, o, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmə zamanı bildirib.

"Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini satın almasına etiraza davam edirik. Rusiyadan hər hansı bir yeni böyük silah alışı CAATSA çərçivəsində əlavə sanksiyalara səbəb olacağını açıq şəkildə bildiririk", - deyə qeyd edib.

Xatırladaq ki, Rusiya yaxın aylarda Türkiyəyə növbəti partiya S-400 vermək üçün layihə təqdim etmək niyyətini açıqlayıb.


Story Code: 944591

News Link :
https://www.islamtimes.org/az/news/944591/abş-yenə-türkiyəni-sanksiyalarla-hədələdi

Islam Times
  https://www.islamtimes.org