0
Thursday 22 July 2021 - 09:31

ABŞ Əfqanıstandakı qoşunlarının 95 faizini çıxarıb - PENTAQON

Story Code : 944594
ABŞ Əfqanıstandakı qoşunlarının 95 faizini çıxarıb - PENTAQON
Publika.az "TASS"a istinadla xəbər verir ki, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəhbərləri Komitəsinin sədri Mark Milli deyib.

Onun sözlərinə görə, üç aydan az bir müddətdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin 95 faizini tamamlaya bildik:

"Bundan əlavə, Kabil xaricindəki bütün hərbi bazalar tamamilə Əfqanıstan Müdafiə Nazirliyinə və Əfqanıstanın təhlükəsizlik qüvvələrinə verilib".