0
Saturday 24 July 2021 - 14:44

ABŞ-ın maliyyə naziri defolt təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Story Code : 944889
ABŞ-ın maliyyə naziri defolt təhlükəsi ilə bağlı xəbərdarlıq edib
"APA-Economics" bu barədə xarici mətbuata istinadən məlumat verir. C. Yellen qeyd edib ki, defolt ölkə iqtisadiyyatına düzəlməz zərər gətirə bilər və Konqres avqustun 2-nə qədər borc tavanının dondurulması və ya qaldırılması üçün hərəkətə keçməzsə, Maliyyə Nazirliyi, ABŞ-ın öhdəliklərini yerinə yetirməməsinə görə yaranacaq defoltun qarşısını almaq üçün müəyyən əlavə təcili tədbirlər görməyə başlayacaq.

Qeyd edək ki, mütəxəssislər, dünya ticarətinin böyük bir hissəsinin ABŞ dollarına güvəndiyini nəzərə alaraq potensial defoltun qlobal maliyyə böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.