0
Saturday 24 July 2021 - 20:14

HƏMAS İsrail rejiminin Afrika Birliyinə üzvlüyü haqqında: “Bu şok qərardır”

Story Code : 944928
HƏMAS İsrail rejiminin Afrika Birliyinə üzvlüyü haqqında: “Bu şok qərardır”
İvrit dilli mənbələr keçən həftə sionist rejimin Afrika Birliyinin müşahidəçi üzvü olaraq seçildiyini bildirmişdi.

Fələstinin Səfa xəbər agentliyinin verdiyi məlumata görə, HƏMAS bu gün (24 iyul) bu məsələyə cavab olaraq bunun şok və qınanılacaq qərar olduğunu deyib: “Bu qərar ölkəmizdəki işğalçı rejimin qanuniliyini artırır və fələstinlilərin hüquqlarına məhəl qoymamaq üçün sui-qəsdlərin davam etdirilməsinə və Fələstin xalqına qarşı amansız cinayətlərin davam etdirilməsinə daha çox imkan verir.

Təəssüf ki, bu qərar Afrika Birliyinə üzv dövlətlər, əsrlər boyu müstəmləkəçilik və irqçiliyin hökmranlığı altında olan və ondan qurtulmaq üçün çox səy göstərən ölkələr tərəfindən qəbul edilmişdir.

Bu qitənin ölkələrindən, azadlığımız və müstəqilliyimiz uğrunda apardığımız ədalətli mübarizəmizin təbii olduğunu görərək, güclü və davamlı dəstək gözləyirik”.

Daha sonra Fələstin hərəkatı, ədaləti qorumaq və torpaqları işğal edilmiş xalqın Qüdsdə mərkəzli bir Fələstin dövləti qurma və geri qayıdış vizyonunu reallaşdırmaq üçün sionist rejimin dərhal Afrika Birliyindən çıxarılmasına və ona qarşı çəkindirici sanksiyaların tətbiq edilməsinə istəyib. /Deyerler/