QR CodeQR Code

Çində daşqınlar nəticəsində ölənlərin sayı 58-ə çatıb

25 Jul 2021 11:20

İslamTimes: Çinin Henan əyalətində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfərin isə itkin düşdüyü bildirilir. 800 mindən çox insan təhlükəli bölgələrdən təxliyə olunub.


"Report"“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin məlumatında qeyd olunub.

“16 iyul saat 16:00-dan 24 iyuladək uzun müddət davam edən leysan yağışları səbəbindən 9,3 milyon nəfər fəlakət bölgəsində qalıb, ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfər itkin düşüb, əyalət daxilində 814, 9 min nəfər artıq təxliyə olunub”, - məlumatda belə deyilir.

Daha 440 mindən çox insanın hazırda təcili yardıma ehtiyacı var.


Story Code: 945026

News Link :
https://www.islamtimes.org/az/news/945026/çində-daşqınlar-nəticəsində-ölənlərin-sayı-58-ə-çatıb

Islam Times
  https://www.islamtimes.org