QR CodeQR Code

Tramp: ABŞ məhv olmaq astanasındadır!

25 Jul 2021 20:18

İslamTimes: Son prezident seçkilərində Co Baydenə məğlub olaraq Ağ Evi tərk etmək məcburiyyətində qalan Donald Tramp ABŞ-ın məhv olmaq astanasında olduğunu deyib.


ABŞ-ın seçkilərdə Co Baydenə uduzan keçmiş prezidenti Donald Tramp Arizonada tərəfdarları üçün "Seçkilərimizi Qoruyaq" şüarı ilə keçirilən mitinqdə 2020-ci il prezident seçkilərindəki saxtakarlıq iddialarını bir daha təkrarlayıb. O deyib: "2020-ci il (prezident) seçkiləri ən rüsvayçı və çirkin şəkildə baş tutan seçki oldu."

Rusiyanın Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, 2020-ci il prezident seçkilərini "rüsvayçılıq", ABŞ-ın biabır olması kimi qələmə verən Donald Tramp aksiyada iştirak edənlərə deyib: "Bizim ölkəmiz bu gün məhv olmaq astanasındadır!"


Story Code: 945061

News Link :
https://www.islamtimes.org/az/news/945061/tramp-abş-məhv-olmaq-astanasındadır

Islam Times
  https://www.islamtimes.org