0
Sunday 25 July 2021 - 20:18

Tramp: ABŞ məhv olmaq astanasındadır!

Story Code : 945061
Tramp: ABŞ məhv olmaq astanasındadır!
ABŞ-ın seçkilərdə Co Baydenə uduzan keçmiş prezidenti Donald Tramp Arizonada tərəfdarları üçün "Seçkilərimizi Qoruyaq" şüarı ilə keçirilən mitinqdə 2020-ci il prezident seçkilərindəki saxtakarlıq iddialarını bir daha təkrarlayıb. O deyib: "2020-ci il (prezident) seçkiləri ən rüsvayçı və çirkin şəkildə baş tutan seçki oldu."

Rusiyanın Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, 2020-ci il prezident seçkilərini "rüsvayçılıq", ABŞ-ın biabır olması kimi qələmə verən Donald Tramp aksiyada iştirak edənlərə deyib: "Bizim ölkəmiz bu gün məhv olmaq astanasındadır!"