0
Monday 26 July 2021 - 09:44

Maduro avqust ayında müxalifətlə dialoq aparmaq niyyətindədir

Story Code : 945150
Maduro avqust ayında müxalifətlə dialoq aparmaq niyyətindədir
Maduro bəyan edib ki, danışıqlar Norveçin vasitəçiliyi ilə baş tutacaq və  Birləşmiş Ştatların bu prosesi dəstəkləyəcəyinə ümid bəsləyir. Müxalifət may ayında strategiyasını dəyişib və  Venesuelada siyasi böhranı həll etmək üçün danışıqlara geri dönmək niyyətində olduğunu bildirib.

Maduro 2013-cü ildə vəzifəyə gələndən bəri bir zamanlar inkişaf edən Venesuelada Amerika və bəzi ölkələrin sanksiyaları, təzyiqləri səbəbindən iqtisadi problemlər yaranıb.

İyun ayında Vaşinqton, Brüssel və Ottavada yüksək vəzifəli diplomatlar müxalifətlə dialoqun "azad" və "ədalətli" seçkilərə doğru əhəmiyyətli irəliləyişə gətirib çıxaracağı təqdirdə Maduro hökumətinə qarşı sanksiyaları yenidən nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.

“Mən sizə deyə bilərəm ki, biz Meksikaya getməyə hazırıq” – deyə, Maduro  dövlət tərəfindən maliyyələşdirilən "Telesur" televiziya şəbəkəsinə müsahibəsində bildirib. Xuan Quaydonun  başçılıq etdiyi Venesuela müxalifəti  isə Maduronun Birləşmiş Ştatlar və digər ölkələrdən gələn diplomatik və sanksiya təzyiqləri fonunda bundan əvvəlki danışıqlardan vaxt qazanmaq üçün istifadə etdiyini bildirir. Müxalif qruplar bildirib ki, onlar Maduro hökuməti ilə prezident və parlament seçkilərinin şərtlərini müzakirə etməyə  hazırdırlar. Maduro danışıqlarda diqqətin ABŞ-ın maliyyə və neft sektorlarını hədəf alan sanksiyalarının aradan qaldırılmasına yönəlməsini istədiyini deyir.