0
Monday 26 July 2021 - 08:01

Malinin müvəqqəti prezidentinə sui-qəsd cəhdi edən şəxs xəstəxanada ölüb

Story Code : 945161
Malinin müvəqqəti prezidentinə sui-qəsd cəhdi edən şəxs xəstəxanada ölüb
APA xəbər verir ki, bu barədə “ORTM” milli telekanalı hökumətin açıqlamasına istinadən məlumat yayıb.

Açıqlamada bildirilib: “İyulun 20-də Böyük Bamako Məscidində ölkənin müvəqqəti prezidenti polkovnik Assimi Qoitaya edlən hücumdan sonra dövlətin təhlükəsizliyi xidməti tərəfindən zərərsizləşdirilən şübhəli şəxsə qarşı cinayət işi açıldı. Sui-qəsdə cəhd zamanı yaralanan şübhəli şəxs xəstəxana yerləşdirildi. Təəssüf ki, o xəstəxanada öldü”.

Qeyd edək ki, hadisə sözügedən məsciddə Qurban Bayramı münasibətilə qılınan namaz zamanı törədilib. Naməlum şəxs Qoitanı arxadan vurmağa çalışıb, lakin başqa birini yaralayıb. Xüsusi xidmət orqanları təcavüzkarı tutaraq zərərsizləşdirməyi bacarıb. Goita hadisədən az sonra yaxşı olduğunu bildirib.

Səlahiyyətli orqanlar ölüm səbəbini araşdırmaq üçün meyitin yarılmasına göstəriş verib.