QR CodeQR Code

Yəməndə qarşıdurma tərəfləri arasında əsir və məhbusların mübadiləsi baş tutub

26 Jul 2021 08:41

İslamTimes: Yəmənin əl-Bəyda əyalətində qarşıdurma tərəfləri arasında əsir və məhbusların mübadiləsi baş tutub.


SalamNews Sputnik-ə istinadla xəbər verir ki, Yəməndə beynəlxalq ictimaiyyətin tanıdığı hökumətin qüvvələri ilə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Ordusu” (husilər) arasında əsirlərin, məhbusların və cənazələrin mübadiləsi baş tutub.

Bu proses çərçivəsində ümumilikdə 23 məhbus, əsir və cənazə mübadilə edilib.

Qeyd edək ki, ötən il tərəflər arasında 1500-ə yaxın əsir və məhbusun mübadiləsi baş tutmuşdu.

Hazırda Yəməndə 13 əyalət husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin nəzarətindədir. Ölkədə ən şiddətli döyüşlər Mərib şəhəri ətrafında gedir.


Story Code: 945167

News Link :
https://www.islamtimes.org/az/news/945167/yəməndə-qarşıdurma-tərəfləri-arasında-əsir-və-məhbusların-mübadiləsi-baş-tutub

Islam Times
  https://www.islamtimes.org