QR CodeQR Code

Rusiya Kubaya humanitar yardım yolladı

26 Jul 2021 11:05

İslamTimes: Humanitar yardım yükü olan Rusiya hərbi nəqliyyat aviasiyasının iki təyyarəsi Kubaya çatıb.


Bu barədə RİA “Novosti”nin Kubada yerləşən Xose Marti hava limanında olan müxbiri məlumat verib.
“Hava limanına iki Rusiya təyyarəsi gəldi. Hazırda onlar uçuş-enmə zolağı yaxınlığında boşaldılır”, - deyə müxbir bildirib.
Kuba Xarici İşlər Nazirliyi Twitter-dəki bloqunda ilk təyyarənin gəlişini elan edib və humanitar yükün COVID-19 pandemiyasına qarşı istifadə ediləcəyini izah edib.
Humanitar yükdə 1 milyon tibbi maska və ümumilikdə 88 ton yardım yollanıb. /Eastnews/


Story Code: 945169

News Link :
https://www.islamtimes.org/az/news/945169/rusiya-kubaya-humanitar-yardım-yolladı

Islam Times
  https://www.islamtimes.org