0
Monday 26 July 2021 - 15:22

"Müqavimət qrupları ABŞ əsgərlərinin İraqda varlığını heç vaxt qəbul etməyəcək!"

Story Code : 945219
"Müqavimət qrupları ABŞ əsgərlərinin İraqda varlığını heç vaxt qəbul etməyəcək!"
Bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Mehdi Təqi Əmərli bazar ertəsi günü açıqlama verib. O New York Times-ın ABŞ hərbçilərinin missiyalarını dəyişdirərək İraqdakı mövcudluqlarına davam edəcəkləri ilə bağlı xəbərinə münasibət bildirib.

Mehdi Təqi Əmərli Bağdad Əl-Youm veb saytına verdiyi müsahibədə deyib: "Biz əvvəldən çox yaxşı bilirdik ki, ABŞ İraqdan hərbi qüvvələrini geri çəkilməkdə maraqlı deyil. Bu səbəbdən onlar bu prosesi müxtəlif saxta bəhanələrlə təxirə salır."