0
Monday 26 July 2021 - 20:11

İslami Cihad Sionist rejimə xəbərdarlıq etdi

Story Code : 945264
İslami Cihad Sionist rejimə xəbərdarlıq etdi
Qüds TV-nin məlumatına görə, Fələstinin İslami Cihad hərəkatının komandirlərindən olan Xezr Həbib, Sionist rejimə xəbərdarlıq edərək bildirib ki, Qəzza zolağına təzyiqlərin davam etməsi yenidən sionist rejimlə Fələstin arasında gərginlik yaranmasına səbəb olacaq!

Müqavimət Hərəkatı rəhbərlərindən olan X. Həbib deyib: "Davamlı təzyiqlər, Qəzza zolağının blokadada saxlanılması yeni qarşıdurmalara səbəb olsa, şübhəsiz ki, bu gərginliyin səbəbkarı sionist rejim olacaq. Sionist rejim, hazırda birinci dərəcəli qida məhsullarının belə, Qəzza zolağına daxil olmasına maneə olur və Fələstin xalqını çətinlik içərisində saxlamağa çalışır. Halbuki Fələstin xalqı dünyanın digər xalqları kimi yaşamaq hüququna malikdir!"