0
Monday 26 July 2021 - 23:00

Trampın İrana maksimum təzyiq siyasəti ABŞ-ın maraqlarına zərbə vurdu

Story Code : 945275
Trampın İrana maksimum təzyiq siyasəti ABŞ-ın maraqlarına zərbə vurdu
Donald Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq siyasətinin iflasa uğradığını etiraf edən ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Mali bildirib ki, ABŞ nüvə sazişinin bərpası ilə bağlı danışıqların ilk günlərindən elan edib ki, İran öz öhdəliklərinə qayıtsa, ABŞ da Tramp dövründə İrana tətbiq edilən bütün sanksiyaları ləğv edəcək.

Robert Mali jurnalistin "ilk olaraq ABŞ-ın nüvə sazişini tərk etdiyini nəzərə alsaq, bəs bu sazişin bərpası üçün ilk olaraq kim addım atmalıdır" sualına cavab olaraq deyib: "Baxın, biz öncəki ABŞ rəhbərliyinin yaratdığı bir vəziyyətdəydik. Prezident Bayden müsbət addım ataraq bu duruma son verilməli oldunu söylədi. Trampın İrana qarşı maksimum təzyiq kampaniyası acınacaqlı idi və bu plan Amerikanın öz maraqlarına da ziyan vurdu!"