0
Tuesday 27 July 2021 - 08:58

ABŞ bu kiçik izlərini aradan qaldırmalıdır - Zaxarova

Story Code : 945325
ABŞ bu kiçik izlərini aradan qaldırmalıdır - Zaxarova
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Baş Qərargah rəhbərinin köməkçisi Con Haytenin ölkəsi və Çin əleyhinə açıqlamasını şərh edərkən deyib.

"Bəlkə İraq, Liviya, Əfqanıstan və Suriyaya yönəlmiş təhdidlərin artmasından öncə buradakı kiçik izlərinizi götürəsiniz”, - Zaxarova vurğulayıb.

Daha öncə C.Hayten deyib ki, ABŞ Yaxın Şərqdəki təhdidlərə məhəl qoymamalı, əksinə bu təhdidləri fərqli şəkildə həll edərək "kiçik izlər" buraxmalıdır.