0
Tuesday 27 July 2021 - 09:50

Avropaya gedən 57 miqrant Aralıq dənizində batdı

Story Code : 945337
Avropaya gedən 57 miqrant Aralıq dənizində batdı
Axar.az xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatının mətbuat katibi Safa Msexli öz Tvitter səhifəsində bildirib.

O bildirib ki, hadisə Liviya sahillərinin yaxınlığında baş verib:

"Bu gün Liviya sahillərində, Homs şəhərinin ətrafında qayığın aşması nəticəsində ən az 57 nəfər ölüb. Balıqçılar və sahil mühafizəsi tərəfindən sahilə çıxarılan sağ qalanların dediklərinə görə, boğulanlar arasında ən azı 20 qadın və iki uşaq olub".