0
Tuesday 27 July 2021 - 11:35

Çin Bayden administrasiyasını Trampın səhvlərini təkrarlamamağa çağırdı

Story Code : 945351
Çin Bayden administrasiyasını Trampın səhvlərini təkrarlamamağa çağırdı
Bu fikri Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibinin müavini Uendi Şermanla görüşdə səsləndirib.
“ABŞ-ın yeni hökuməti bütünlüklə əvvəlki rəhbərliyin Çinə qarşı apardığı səhv siyasəti davam etdirir, Çinə qarşı təzyiqləri artırır və biz qətiyyətlə buna qarşıyıq”, - deyə çinli nazir bildirib.
Onun sözlərinə görə, bu problemlər Çinin ABŞ tərəfindən yanlış qəbul edilməsindən irəli gəlir. /Eastnews/