0
Tuesday 27 July 2021 - 15:10

İran Kəşfiyyatı ölkənin qərbində İsrailin cəsus şəbəkəsini və onların silah yüklərini ələ keçirdiyini bildirib

Story Code : 945394
İran Kəşfiyyatı ölkənin qərbində İsrailin cəsus şəbəkəsini və onların silah yüklərini ələ keçirdiyini bildirib
SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin (Ettelaat) İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat verib.

Bildirilib ki, ölkədən xaricdə aparılan kəşfiyyat monitorinq əməliyyatları nəticəsində ölkənin qərb sərhəd girişlərində Mossada bağlı şəbəkə üzvləri və onlarla bir yerdə silah-sursat yükləri ələ keçirilib.

Məlumata görə bu silah-sursat ölkə daxilində həyata keçiriləcək iğtişaşlarda və bəzi şəxslərin terrora məruz saxlanılmasında istifadə edilməli imiş.

“Sionist rejimi seçkilər dönəmində də ölkənin müxtəlif bölgələrində təxribatların törədilməsini planlayıb ki, bu addımların qarşısı alınıb və regionda Mossadın terror şəbəkəsinə sarsıdıcı zərbələr endirilib”, deyə İran Kəşfiyyatı əlavə edib.

İsrail tərəfi hələ bu xəbərə münasibət bildirməyib.