0
Tuesday 27 July 2021 - 16:45

"Pegasus proqramını şəxsi firma yox, məhz Tel-Əviv özü satışa çıxarıb"

Story Code : 945404
"Pegasus proqramını şəxsi firma yox, məhz Tel-Əviv özü satışa çıxarıb"
Sionist rejimin Haaretz qəzetində bu gün yayımlanan araşdırma işğalçı İsrail rejiminin ört-bastır etməyə çalışdığı  qalmaqalın həqiqətini bütün dünyaya açıqlayıb. Sionist rejimin Təhülkəsizlik Nazirliyinə tabe olan media vasitələri son günlərdə Pegasus casusluq proqramını dünya ölkələrinə rəsmi Tel-Əvivin deyil, bir şəxsi firmanının satdığı barədə məlumatlar yayımlayırdı. Bu xəbərlərlə sionist rejimin demokratiya, ifadə azadlığı düşməni olmadığı sübuta yetirilmək istənilirdi.

Haaretz qəzeti isə hərbi təchizatların digər ölkələrə satılması prosesində olduğu kimi, "NSO Group" kompaniyasının Pegasus casusluq proqramının da satışının məhz rəsmi Tel-Əviv tərəfindən həyata keçirildiyini bildirib.