QR CodeQR Code

"Pegasus proqramını şəxsi firma yox, məhz Tel-Əviv özü satışa çıxarıb"

إسلام تايمز , 27 Jul 2021 16:45

İslamTimes: Sionist rejimin Haaretz qəzeti İsrail rejiminin ört-bastır etməyə çalışdığı qalmaqalın gizlədilməsinə imkan verməyib


Sionist rejimin Haaretz qəzetində bu gün yayımlanan araşdırma işğalçı İsrail rejiminin ört-bastır etməyə çalışdığı  qalmaqalın həqiqətini bütün dünyaya açıqlayıb. Sionist rejimin Təhülkəsizlik Nazirliyinə tabe olan media vasitələri son günlərdə Pegasus casusluq proqramını dünya ölkələrinə rəsmi Tel-Əvivin deyil, bir şəxsi firmanının satdığı barədə məlumatlar yayımlayırdı. Bu xəbərlərlə sionist rejimin demokratiya, ifadə azadlığı düşməni olmadığı sübuta yetirilmək istənilirdi.

Haaretz qəzeti isə hərbi təchizatların digər ölkələrə satılması prosesində olduğu kimi, "NSO Group" kompaniyasının Pegasus casusluq proqramının da satışının məhz rəsmi Tel-Əviv tərəfindən həyata keçirildiyini bildirib.


Story Code: 945404

News Link :
https://www.islamtimes.org/az/news/945404/pegasus-proqramını-şəxsi-firma-yox-məhz-tel-əviv-özü-satışa-çıxarıb

Islam Times
  https://www.islamtimes.org