0
Tuesday 27 July 2021 - 17:03

Human Rights Watch: İsrail Qəzzada hərbi cinayət işləyib!

Story Code : 945408
Human Rights Watch: İsrail Qəzzada hərbi cinayət işləyib!
Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Təşkilatı bir hesabatında Qəzza zolağında 62 nəfərin ölümü ilə nəticələnən sionist rejimin üç hava hücumunu araşdırıb və aydın olub ki, işğalçı İsrailin hədəf aldığı bölgələrdə heç bir hərbi hədəf olmayıb!

İnsan Haqlarının Müdafiəsi Təşkilatının münaqişələrin araşdırılması ilə bağlı bölməsinin məsul şəxsi Cerri Simpson deyib:
"İsrail qüvvələri, ötən may ayında Qəzzaya hücumlar təşkil edib. Hücum bölgəsində, hətta hücum edilən məkanın ətrafında hər hansı bir hərbi hədəf olmayıb. Hücum nəticəsində bir neçə ailə tamamilə məhv edilib!"