0
Wednesday 28 July 2021 - 00:01

Ceyhun Bayramovla Cavad Zərif arasında telefon danışığı olub

Story Code : 945478
Ceyhun Bayramovla Cavad Zərif arasında telefon danışığı olub
İyulun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.