0
Wednesday 28 July 2021 - 09:31

MKİ casusundan etiraf: Trilyonlar xərcləndi, nəticə yoxdur

Story Code : 945505
MKİ casusundan etiraf: Trilyonlar xərcləndi, nəticə yoxdur
Axar.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş casusu Filip Giraldi deyib.

"Əfqanıstan və İraqdakı müharibələr nəinki pis olan vəziyyəti daha da pisləşdirdi, həm də yüz minlərlə ölüm və tamamilə heç bir şey əldə etmədən trilyonlarla itkiyə səbəb oldu. Vaşinqtonda heç kimin qələbə qazana bilməməsi və bir çıxış strategiyası düşünməməsi müharibələrin və qeyri-sabitliyin hələ də bizimlə olduğunu göstərir", - Giraldi vurğulayıb.

Keçmiş MKİ casusu ABŞ-ın Suriyadakı varlığını da tənqid edərək, ölkəsinin buradakı neft sahələrini işğal etməyə davam etdiyini bildirib.