QR CodeQR Code

ÜST-dən xərçənglə bağlı ŞAD XƏBƏR: 3 növə qarşı qələbə yaxındır

28 Jul 2021 09:41

İslamTimes: ÜST-dən xərçənglə bağlı ŞAD XƏBƏR: 3 növə qarşı qələbə yaxındır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mütəxəssisləri ağciyər, qaraciyər və kolorektal xərçənginə qarşı qələbənin yaxın olduğunu bildiriblər.

Publika.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Mütəxəssislər ağciyər xərçənginə qarşı qələbənin yaxın olduğuna inandıqlarını, ancaq bunun üçün siqaretdən imtina etməyin vacib olduğunu qeyd ediblər.

ÜST mütəxəssislərinə görə, insanlar siqaret çəkməsəydilər, ağciyər xərçəngi hadisələri 90% az olacaqdı.

Xatırladaq ki, ÜST-in Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç da may ayının sonunda verdiyi açıqlamada qadınlar arasında çox yayılan dördüncü xərçəng növünə - uşaqlıq ağzı xərçənginə qarşı qələbəyə yaxın olduqlarını, xəstəliyin törədicisi olan insan papilloma virüsünə (HPV) qarşı təhlükəsiz və təsirli peyvəndin hazırlandığını bildirmişdi.


Story Code: 945508

News Link :
https://www.islamtimes.org/az/news/945508/üst-dən-xərçənglə-bağlı-şad-xəbər-3-növə-qarşı-qələbə-yaxındır

Islam Times
  https://www.islamtimes.org