0
Wednesday 28 July 2021 - 19:55

BƏƏ və Səudiyyə Ərəbistanı arasında xoş münasibətlərə son

Story Code : 945633
BƏƏ və Səudiyyə Ərəbistanı arasında xoş münasibətlərə son
"Foreign Police" jurnalı yazıb ki, bir vaxtlar Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər hər ötən gün daha da pisləşməyə doğru gedir. Son bir ildə, xüsusən son həftələrdə münasibətlərdə ciddi fikir ayrılıqları səbəbindən problemlər yaşanıb.

İki ölkə arasındakı uzun-uzadı ixtilaflar siyahısına Yəməndəki müharibə, üç il yarım davam edən gərginlikdən sonra Qətərlə barışığın tempi, işğalçı İsrail ilə münasibətlərin normallaşması, Avram razılaşması, Türkiyə ilə münasibətlər, OPEC-də istehsal payı, İranla münasibətlər və sair mövzular daxildir.