QR CodeQR Code

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki azad edilib (FOTO)

29 Jul 2021 00:09

İslamTimes: Şeyx Zəkzəki və həyat yoldaşı 6 illik məhbəs həyatından sonra azadlığa buraxılıblar.


SalamNews xəbər verir ki, Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və həyat yoldaşı Zinət İbrahim Zəkzəki bu gün Nigeriyada Kaduna ştatının Ali Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Məhkəmə qərarı jurnalistlərin iştirakı olmadan keçirilən məhkəmə iclasında verilib. Ali məhkəmənin hakimi Qideon Kuradanın çıxardığı hökmə əsasən, Kaduna yerli məhkəməsinin onlar haqqında 2018-ci ildə çıxardığı hökm əsassız olub və onlara bəraət hökmü verilməli idi. Belə ki, prokurorluq Şeyx Zəkzəki və həyat yoldaşının göstərilən maddələr üzrə cinayət törətməsinə dair yetərli sübutlar təqdim etməyib. Beləliklə məhkəmənin qərar ilə onlar azadlığa buraxılıb və ittiham edildikləri maddələr üzrə bəraət alıblar.

Qeyd edək ki, Şeyx Zəkzəki 2015-ci ilin dekabrında həbs edilmişdi. Ona qarşı 8 maddə üzrə qondarma ittihamlar irəli sürülmüşdü.

Xatırladaq ki, şeyxin həbsi zamanı onun tərəfdarlarından yüzlərlə nəfər güllə yarası alaraq həyatlarını itirmişdilər.


Story Code: 945671

News Link :
https://www.islamtimes.org/az/news/945671/nigeriya-islam-hərəkatının-lideri-şeyx-ibrahim-zəkzəki-azad-edilib-foto

Islam Times
  https://www.islamtimes.org