0
Thursday 29 July 2021 - 08:01

DƏHŞƏT: İsrail polisi 11 yaşlı fələstinlini güllələyib

Story Code : 945693
DƏHŞƏT: İsrail polisi 11 yaşlı fələstinlini güllələyib
APA xəbər verir ki, bu barədə yerli “Maan” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Hevron əyalətinin şimalındakı Beyt-Umar kəndinin girişində baş verib. Bildirilir ki, qaniçən İsrail rejiminin təhlükəsizlik qüvvələri dəfn mərasimində iştirak etmək üçün atası ilə getdiyi avtomobilə atəş açıblar. Sinəsindən ağır yaralanan uşaq Hevron şəhərindəki xəstəxanaya aparılsa da, aldığı yaralardan orada keçinib.