QR CodeQR Code

Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar

29 Jul 2021 08:26

İslamTimes: Cümə günündən etibarən koronavirusa qarşı peyvənd vurdurmağa başlayacaq Nyu-York sakinləri 100 ABŞ dolları həcmində mükafat verəcək. Bu barədə şəhər meriyası tvitterdə məlumat verib.


Peyvəndlənmədən əvvəl pul almaq üçün onun tarixini şəhərin ixtisaslaşdırılmış saytında qeyd etmək lazımdır. “Şəhərin saytı vasitəsilə qeydiyyatdan keçərək ilk doza peyvəndi vurdurun və 100 dollar qazanın. Bu, çox sadədir”, - məlumatda deyilir.

Nyu-York ştatının səlahiyyətliləri daha əvvəl də sakinləri vaksinasiyadan keçməyə təşviq etməyə çalışmışdılar: may ayının sonlarında 10 peyvəndləmə məntəqəsində onu vurduranlara baş mükafatı 5 milyon ABŞ dolları olan lotereya biletləri verilirdi.

Bundan əlavə, Nyu-York meri Bill de Blazio bütün bələdiyyə işçilərinə sentyabrın ortalarına qədər peyvənd etdirmələrini tapşırıb. O vaxta qədər peyvənd sertifikatı almayanlar mütəmadi müayinədən keçəcəklər.


Story Code: 945695

News Link :
https://www.islamtimes.org/az/news/945695/nyu-york-sakinləri-peyvənd-vurdurmağa-görə-pul-alacaqlar

Islam Times
  https://www.islamtimes.org